Azərbaycanın boks yığması Bolqarıstana yollanıb

Azərbaycanın boks yığması Bolqarıstana yollanıb
# 13 fevral 2007 09:52 (UTC +04:00)
Azərbaycanın boks yığması Bolqarıstana yollanıb. Dəri əlcək ustalarımız sabah Sofiyada start götürəcək beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Məmməd Eyvazovun başçılıq etdiyi milli komandanın heyətinə beş boksçu - Samir Məmmədov (54 kq), Şahin İmranov (60 kq), Rahib Bəylərov (75 kq), Cavid Tağıyev (81 kq) və Elçin Əlizadə (91 kq) daxil edilib. Turniri idarə edəcək hakimlər arasında həmyerlimiz, iki il əvvəl idmançı karyerasını başa vuraraq hakimliyə başlayan Rövşən Hüseynov da olacaq. /APA-Sport/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR