Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov: “Beynəlxalq Qırmızı Xaç Komitəsi əsir və itkinlərin qaytarılması ilə bağlı məsələyə ikili standartlarla yanaşır”

Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov: “Beynəlxalq Qırmızı Xaç Komitəsi əsir və itkinlərin qaytarılması ilə bağlı məsələyə ikili standartlarla yanaşır”
# 22 fevral 2007 16:09 (UTC +04:00)
“Çox təəssüf edirəm ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi əsir və itkinlərin qaytarılması ilə bağlı məsələyə ikili standartlarla yanaşır”. APA-nın məlumatına görə, bu sözləri Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov jurnalistlərlə söhbətində deyib. N. Bəhmənov Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülən azərbaycanlıların qaytarılması istiqamətində bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirib: “Əsir və itkinlərin axtarışı üzrə Ermənistan, Azərbaycan və Gürcüstanın dövlət komissiyalarının razılıq əldə etməsi məqsədilə işlər görülür. Həqiqət də budur ki, bu məsələni həll etmək üçün Dağlıq Qarabağda müvəqqəti imkanlara sahib olan separatçı ermənilər də müzakirələrdə iştirak edə bilər. Burada ermənilərlə yanaşı, Osetiya və Abxaziyadan olan separatçı qurum nümayəndələri də iştirak edəcək. Yoxsa məsələlərə aydınlıq gətirmək çətin olacaq”. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR