Teymur Rəcəbov: “FİDE-nin hansı qərar çıxaracağı mənim üçün önəmli deyil”

Teymur Rəcəbov: “FİDE-nin hansı qərar çıxaracağı mənim üçün önəmli deyil”
# 22 fevral 2007 16:21 (UTC +04:00)
“Mənim üçün FİDE-nin hansı qərar çıxaracağı önəmli deyil. Çünki qərardan asılı olmayaraq “Linares” turnirindən kənarda qalaraq, psixoloji zərbə aldım. Mənə elə gəlir ki, FİDE turniri Moreliyada keçirməmək haqda qərar çıxaracaq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında bir müddət əvvəl Meksikada soyğunçuluğa məruz qalan Azərbaycan şahmatçısı Teymur Rəcəbov bildirib. 20 yaşlı qrossmeysterin sözlərinə görə, hazırda üzləşdiyi hadisəni unudub qarşıdakı turnirlərə toparlanmağa çalışır: “Artıq olan olub. Bu hadisə mənə ciddi təsir etsə də, irəliyə baxmağa məcburam. Bir müddət istirahət etməyi düşünürəm. Sonra Fransada keçiriləcək beynəlxalq turnirin hazırlığına başlayacağam”.
Qeyd edək ki, T.Rəcəbov Meksikanın Moreliya şəhərində keçirilən “Linares” superturnirinin startından əvvəl soyğunçuluğa məruz qalmışdı. /APA-Sport/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR