Azərbaycan şahmatçıları “Aeroflot Open” festivalında uğursuz çıxış ediblər

Azərbaycan şahmatçıları “Aeroflot Open” festivalında uğursuz çıxış ediblər
# 23 fevral 2007 09:04 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskvada keçirilən ənənəvi “Aeroflot Open” beynəlxalq şahmat festivalı başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 200 min ABŞ dolları mükafat fondu olan yarış Azərbaycan şahmatçıları üçün uğursuz olub.
A1 turnirində mübarizə aparan təmsilçilərimizdən Vüqar Həşimov 4,5 xalla 53-cü, Rauf Məmmədov 4 xalla 65-ci, Eltac Səfərli 4 xalla 67-ci olub. Qalib adını isə 9 oyuna 7 xal toplayan rusiyalı Yevgeni Alekseyev qazanıb.
A2 turnirində 7,5 xalla rusiyalı Marat Əsgərov birinci olub. Burada mübarizə aparan həmvətənlərimizdən Loğman Quliyev 6 xalla 16-cı, milli komandanın baş məşqçisi Fikrət Sideifzadə 4 xalla 87-ci pillədə qərarlaşıb.
C turnirində təmsilçilərimizdən Erkin Qurbanzadə 6,5 xalla 16-cı, Orxan Talışzadə 5 xalla 74-cü, Şəmi Abdullayev 4,5 xalla 98-ci, Riad Sarıyev 4 xalla 124-cü, Sənan Rəhimli 4 xalla 136-cı olub.
Xatırladaq ki, şahmatçılarımızdan yalnız B turnirində birinci olan Vasif Durarbəyli uğur qazanmağı bacarıb. /APA-Sport/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR