Həbəşistanda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Həbəşistanda fövqəladə vəziyyət rejimi tətbiq edilib
# 03 noyabr 2021 01:20 (UTC +04:00)

Həbəşistanın Nazirlər Şurası çərşənbə axşamı ölkə daxilində fövqəladə vəziyyət elan edib.

APA xəbər verir ki, bu barədə Efiopiyanın Fana telekanalı məlumat yayıb.

Hökumətin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Leqes Tulu, ədliyyə naziri, baş prokuror Gideon Timotios birgə bəyanatla çıxış edərək vətəndaşları Tiqray üsyançılarına və onların müttəfiqlərinə qarşı birləşməyə və vətənlərini müdafiə etmək üçün silahlanıb ayağa qalxmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR