Təyyarə qaçıran sudanlı terrorçular 97 girovu azad ediblər

Təyyarə qaçıran sudanlı terrorçular 97 girovu azad ediblər
# 27 avqust 2008 11:37 (UTC +04:00)
Tripoli-APA. Sudanda sərnişin təyyarəsini qaçıran terrorçular Liviya hakimiyyət orqanları ilə danışıqlardan sonra girovları azadlığa buraxıblar. APA-nın məlumatına görə, təyyarədə olan 97 sərnişin Liviya tərəfə təhvil verilib. Onların hamısı Sudan vətəndaşlarıdır. Təyyarənin ekipaj üzvləri isə azad edilməyib. Qeyd edək ki, təyyarə Sudan Xilaskar Ordusunun döyüşçüləri tərəfindən Liviyaya qaçırılıb. Terrorçuların yeganə tələbi təyyarənin Parisə doğru istiqamət götürməsidir. Təyyarənin heyətində 10 terrorçunu olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR