Nepalda baş verən təyyarə qəzası nəticəsində 18 nəfər ölüb

Nepalda baş verən təyyarə qəzası nəticəsində 18 nəfər ölüb
# 08 oktyabr 2008 07:54 (UTC +04:00)
Nepal – APA. Nepalın şərqində kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, qəza “Yeti Airlines” şirkətinə məxsus təyyarə Nepalın Lukla hava limanına enərkən baş verib. Nəticədə təyyarədə olan 19 nəfərdən 18-i ölüb. Onlardan 14-ü xarici ölkə vətəndaşlarıdır.
Qeyd edək ki, Lukla hava limanı Everest dağı ətraflarına yollanan turistlər və alpinistlər tərəfindən tranzit məntəqə kimi istifadə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR