Əlcəzairdə törədilən terror aktlarında həlak olanların sayı 67 nəfərə çatıb

Əlcəzairdə törədilən terror aktlarında həlak olanların sayı 67 nəfərə çatıb
# 11 dekabr 2007 16:36 (UTC +04:00)
Hələlik partlayışlar zamanı yaralananların sayı açıqlanmır. Qeyd edək ki, Əlcəzair Ali Məhkəməsi qarşısında və diplomatik korpusların yerləşdiyi rayonda baş verən partlayışların kamikadzelər tərəfindən törədildiyi müəyyənləşdirilib. Hazırda terror aktları həyata keçirilən rayonlar polis tərəfindən mühasirəyə alınıb. Hüquq-mühafizə orqanları diplomatik korpusların yerləşdiyi rayonda baş verən partlayışın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu ölkədəki ofisinə qarşı yönəldiyini bildirirlər. Terror aktında yaralananlar arasında BMT əməkdaşları da var. Terror aktına görə məsuliyyəti “İslam Məğribi ölkələrində Əl-Qaida” terror təşkilatı öz üzərinə götürüb. Ötən ilin sentyabrında Əlcəzair prezidenti Əbdüləziz Buteflikinin kortejinə qarşı terror aktını da bu terror təşkilatı həyata keçirmişdi. Həmin terror aktı 22 hərbçinin ölümünə səbəb olmuşdu. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR