Malidə silahlılar hərbi düşərgəyə hücum edib, 19 hərbçi ölüb

Malidə silahlılar hərbi düşərgəyə hücum edib, 19 hərbçi ölüb
# 26 yanvar 2020 18:10 (UTC +04:00)

Malidə silahlılar hərbi düşərgəyə hücum edib.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Sequ regionundakı Sokolo şəhərindəki hərbi düşərgəyə hücum nəticəsində ən azı 19 hərbçi ölüb.

Qeyd edək ki, Malidə hökumət qoşunları və müxtəlif silahlı qruplaşmalar arasında toqquşmalar 2012-ci ildən başlayıb. Liviyada Müəmmər Qədafinin devrilməsi Malidə durumun kəskinləşməsinə yol açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR