Konqoda Niraqonqo vulkanının püskürməsi nəticəsində 13 nəfər ölüb - VİDEO

Konqoda Niraqonqo vulkanının püskürməsi nəticəsində 13 nəfər ölüb - VİDEO
# 23 may 2021 23:09 (UTC +04:00)

Konqo Demokratik Respublikasında Niraqonqo vulkanının püskürməsi nəticəsində 13 nəfər ölüb

APA-nın məlumatına görə, bu barədə hökumət sözçüsü Patrik Muaya bildirib.

Onun sözlərinə görə, vulkan püskürməsindən sonra ölkə ərazisində ondan çox zəlzələ qeydə alınıb.

Qeyd edək ki, xüsusi kimyəvi tərkibinə görə tanınan Niraqonqo vulkanının ən təhlükəli püskürməsi 1977-ci ildə baş verib. Həmin vaxt 600-dən çox insan ölüb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR