MAR-da naməlum şəxslər 13 nəfəri öldürüb

MAR-da naməlum şəxslər 13 nəfəri öldürüb
# 23 iyul 2021 04:08 (UTC +04:00)

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhəri yaxınlığında azı 13 mülki şəxs naməlum şəxslərin hücumu nəticəsində öldürülüb.

APA xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi BMT-nin MAR-da Sabitlik üzrə Çoxfunksiyalı kompleks missiyasının (MINUSCA) nümayəndəsi Əbdüləziz Fallaya istinadən məlumat yayıb.

Məlumata görə, missiyanın patrul xidməti ölənləri Banqi şəhərindən 300 km şimalda aşkarlayıb. Hücumun digər təfərrüatları hələlik açıqlanmır.

MINUSCA nümayəndələri hadisənin araşdırılması üçün MAR hökumətinə əməkdaşlıqla bağlı müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR