Nigeriyada baş vermiş avtoqəzada 14 nəfər ölüb

Nigeriyada baş vermiş avtoqəzada 14 nəfər ölüb
# 18 iyul 2021 23:11 (UTC +04:00)

Nigeriyanın Osun ştatında baş vermiş yol qəzası nəticəsində 14 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə yerli “Punch” qəzeti rəsmi qurumlara istinadən məlumat yayıb.

Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində ölənlərdən dördü uşaqdır, daha dörd nəfər isə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya səbəb sürücülərin ehtiyatsızlığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR