Qvineyada hərbi çevriliş olub - YENİLƏNİB-3 - FOTO - VİDEO

Alfa Konde, Qvineya Prezidenti

© APA | Alfa Konde, Qvineya Prezidenti

# 05 sentyabr 2021 18:23 (UTC +04:00)

Qvineyada qiyamçıların lideri polkovnik Mamadi Dumbuya Prezident Alfa Kondenin həbs olunduğunu elan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, M. Dumbuya çıxışında bildirib ki, ölkədə sosial, siyasi və iqtisadi vəziyyət həddən artıq ağır olduğu üçün hərbçilər Qvineyanın gələcəyi üçün məsuliyyəti öz üzərlərinə götürmək barədə qərar qəbul ediblər.

Polkovnik ölkədə Konstitusiyanın qüvvəsini dayandırdığını, parlamentin buraxıldığını, sərhədlərin bağlanıldığını bəyan edib və hərbçiləri kazarmalarda qalmağa çağırıb. M. Dumbuya Milli Birlik və İnkişaf Komitəsinin lideri postunu tutduğunu bildirib. Qeyd edib ki, bu Komitənin məqsədi dövlətin qarşısında duran problemlərin həlli üçün ölkənin bütün vətəndaşlarını birləşdirməkdir.

***

saat 17.49

Qvineyada hərbi çevriliş olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, qiyamçıların lideri polkovnik Mamadi Dumbuya hökumətin buraxıldığını, Konstitusiyanın qüvvəsini dayandırdığını və ölkənin sərhədlərinin bağlanıldığını elan edib.

Qeyd edək ki, bundan əvvəl yerli KİV-lər Qvineyada qiyam qaldıran hərbçilərin Prezident Alfa Kondeni saxladığı barədə məlumat yayıb. Qiyamçılar artıq saxladıqları Prezident Alfa Kondenin görüntülərini də yayıblar.

***

saat 17.09

Qvineyada qiyam qaldıran hərbçilər Prezident Alfa Kondeni saxlayıb.

APA-nın xəbərinə görə, bu barədə yerli KİV-lər məlumat yayıb.

***

saat 16.37

Qvineya Prezidentinə sadiq qüvvələr dövlət çevrilişinə cəhd edən 25 hərbçini saxlayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, polkovnik Mamadi Dumbuyanın rəhbərlik etdiyi xüsusi təyinatlılar Prezident Alfa Kondeyə qarşı çevrilişə cəhddə iştirak ediblər.

Mamadi Dumbuya əvvəllər Fransanın əcnəbi legionunda xidmət edib.

***

saat 14.04

Qvineyanın paytaxtı Konakri şəhərinin mərkəzində intensiv aışma səsləri eşidilir.

APA-nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, küçələrdə hərbçilər var.

Dövlət çevrilişinə cəhd olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR