ABŞ mütəxəssisləri potensial koronavirus vaksinlərindən 14 variant seçib

#
# 08:22
16 may 2020

 

“ABŞ mütəxəssisləri indiyədək koronavirus üçün yaradılmış potensial peyvəndlərdən 14 variantı seçiblər”. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp cümə günü jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dünya ölkələrinin müvafiq qurumları ilə 100-ə yaxın potensial peyvənd variantının qiymətləndirilməsi çərçivəsində əməkdaşlıq edən ABŞ mütəxəssisləri vaksinlərin ən perspektivli olan variantlarını seçiblər.

ABŞ lideri seçilmiş 14 variantın azaldılacağını istisna etməyib. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR