Braziliya Prezidenti koronavirusa yoluxub

Braziliya Prezidenti koronavirusa yoluxub
# 13 mart 2020 18:25 (UTC +04:00)

Braziliya Prezidenti Cair Bolsonaro koronavirusa yoluxub.

APA-nın "Guardiana" istinadən verdiyi xəbərə görə, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Prezident Bolsonaronun oğlu Eduardo Bolsonaro atasının səhhətinin normal olduğunu və hələ virusun simptomlarının özünü göstərmədiyini deyib.

Qeyd edək ki, Braziliya Prezidentinin mətbuat katibi ABŞ-a səfərdən qayıtdıqdan sonra onda virusa yoluxma qeydə alınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR