CNN: ABŞ-da atışma zamanı 8 nəfəri öldürən şəxs barədə İndiana polisi məlumatlı olub

CNN: ABŞ-da atışma zamanı 8 nəfəri öldürən şəxs barədə İndiana polisi məlumatlı olub
# 17 aprel 2021 01:16 (UTC +04:00)

ABŞ-ın İndiana ştatında yerləşən “FedEx” anbarında güllələyərək 8 nəfəri öldürən, 7 nəfəri yaralayan şəxsin təhlükəli olması barədə hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcədən məlumat alıblar.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı məlumat yayıb.

İddiaya görə, şübhəli əvvəldən federal və yerli hakimiyyət orqanlarına məlum imiş.

Hətta yaxınlarının həmin şəxsin zorakılığa meylli olması barədə polisə xəbər verdiyi bildirilib.

NBC telekanalı mənbələrə istinadən hadisəni törədən şəxsin adını açıqlayıb - 19 yaşlı Scott Houl. Lakin bu, rəsmi olaraq təsdiqlənməyib.

Səlahiyyətli orqanların verdiyi məlumata görə, atəş açan şəxs polis hadisə yerinə gəlməmişdən əvvəl ölüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR