Meksikada son 10 ayda 133 ton narkotik ələ keçirilib

Meksikada son 10 ayda 133 ton narkotik ələ keçirilib
# 26 noyabr 2019 08:26 (UTC +04:00)

Bu ilin əvvəlindən oktyabrın 31-dək Meksikada narkotik alverçilərinə qarşı aparılan əməliyyatlar zamanı 133 ton narkotik vasitə ələ keçirilib.

APA “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Katibliyinin saytında bildirilib. 

Məlumata görə, göstərilən tarixlərdə Milli Qvardiya və yerli polis ölkənin müxtəlif bölgələrində cinayətkar qruplara qarşı aparılan əməliyyatlarda narkotik vasitələrdən başqa, eyni zamanda 5 mindən çox silah-sursat müsadirə edib. 

Əməliyyatlar zamanı ümumilikdə 8 min 691 nəfər saxlanılıb.

Müdafiə naziri Luis Kresensio Sandoval təhlükəsizlik qüvvələrinin bu istiqamətdə əməliyyatları qətiyyətlə davam etdirəcəyini vurğulayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR