Tramp Ərdoğanla Liviyada atəşkəsi və Suriyada zorakılığın dayandırılmasını müzakirə edib

Tramp Ərdoğanla Liviyada atəşkəsi və Suriyada zorakılığın dayandırılmasını müzakirə edib
# 28 yanvar 2020 08:23 (UTC +04:00)

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp arasında telefon bağlantısı olub. Liderlər Liviyada atəşkəsin və Suriyadakı zorakılıqların dayandırılmasının vacibliyini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cad Dir özünün “Twitter” səhifəsində məlumat paylaşıb.

“Bu gün (bazar ertəsi) Prezident Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı edib. İki lider xarici müdaxiləni aradan qaldırmağın və Liviyada atəşkəs rejimininin qorunmasının vacib olduğunu müzakirə ediblər. Liderlər İdlib (Suriya) vilayətində törədilən zorakılıq aktlarının dayandırılmalı olduğu barədə ortaq fikrə gəliblər. Prezident Tramp Türkiyə ilə Yunanıstanın şərqi Aralıq dənizindəki fikir ayrılıqlarını həll etmələrinin vacibliyini də vurğulayıb”, - məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR