“Uber” taksilərdə koronavirusa yoluxanlara kompensasiya ödəyəcək

#
# 12:17
8 mart 2020

ABŞ-ın dünyanın müxtəlif ölkələrində taksi fəaliyyəti ilə məşğul olan “Uber” şirkəti takstlərdə yeni tip koronavirusa (Covid-19) yoluxanlara kompensasiya ödəyəcək.

APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, bunu şirkətin Birinci Vitse-prezidenti Endryu Makdonalda bildirib.

Koronavirusa yoluxan sürücü və sərnişinlər 14 gün ərzində kompensasiya ala bilərlər.

Xatırladaq ki, mərkəzi ofisi San-Fransiskoda yerləşən “Uber” 2009-cu ildə yaradılıb. Hazırda şirkət dünyanın 100-dən çox şəhərində taksi xidməti təklif edir. “Uber” hər çağırış üçün taksilərdən 20 faiz komissiya alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR