Bu gün Çilidə prezident və parlament seçkiləri keçirilir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb, saat 18.00-a qədər fəaliyyət göstərəcək.
Ölkədə səsvermə hüququna malik 14,5 milyon insan var.
Prezident postuna 7 namizəd iddialıdır. Sosioloji sorğulara əsasən, prezident seçkilərinin əsas favoritləri “Mən ləyaqəti bəyənirəm” koalisiyasının namizədliyini irəli sürdüyü tələbə hərəkatının sabiq lideri Qabriel Borik və Respublika Partiyasının namizədi mühafizəkar Xose Antonio Kastdır.
Namizədlərdən hər hansı birinin ilkin turda qalib gəlməsi üçün səslərin 50 faizindən çoxunu toplaması lazımdır. Əgər namizədlərdən hər hansı biri səslərin 50 faizindən çoxunu toplamazsa, dekabrın 19-da prezident seçkilərinin ikinci turu keçiriləcək.
Hazırkı dövlət başçısı Sebastyan Pinyera seçkilərə qatılmayıb, çünki Konstitusiya ardıcıl iki müddətdən artıq prezident postunu tutmağı qadağan edir.
Prezident seçkiləri ilə bərabər, çilililər 155 deputat və 43 senatordan 27-ni seçməlidirlər.
Çilidə prezident və parlament seçkiləri keçirilir
21 noyabr 2021 17:19 (UTC +04:00)
Amerika
Sallivan İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamaqdan imtina edir
09:13
5 may 2024
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə edib
08:54
5 may 2024
Sallivan: "ABŞ-nin Ukraynaya yardımı Rusiyaya mane olmayacaq"
05:18
5 may 2024
ABŞ-də atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
02:03
5 may 2024