Kamerunda universitetdə baş verən partlayış nəticəsində 11 tələbə yaralanıb

Kamerunda universitetdə baş verən partlayış nəticəsində 11 tələbə yaralanıb
# 11 noyabr 2021 05:24 (UTC +04:00)

Kamerunun Buea şəhərində yerləşən universitetdə partlayış baş verib.

APA “Agence France-Presse”ə istinadən xəbər verir ki, bu barədə universitetin rektoru məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində azı 11 tələbə yaralanıb.

Rektor əlavə edib ki, insident polislə silahlı separatçılar arasında yaranan toqquşma nəticəsində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabil qiymətləndirilir.

Universitetin ərazisi mühasirəyə alınıb, insident araşdırılır.

Qeyd edək ki, Kamerunda uzun sürən və kəskin icmalararası böhran yaşanır. Ölkənin 22 milyon əhalisinin əksəriyyəti fransız dilində danışır, beşdə biri isə ingilis dilindən istifadə edir.

Xatırladaq ki, 2016-cı ilin payızından Kamerunun ingilisdilli iki əyalətində iğtişaşlar başlayıb. 2017-ci ilin sonunda iğtişaşlar silahlı mübarizəyə çevrilib və bir neçə ay sonra müxalifət lideri Julius Ayuk Tabe özünü respublikanın prezidenti elan edib.

Humanitar təşkilatların hesablamalarına görə, 2016-cı ildən bəri Kamerunda baş verən qarşıdurmalarda 3 mindən çox insan həlak olub, 500 minə yaxın insan isə qaçqın vəziyyətinə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR