Kosta-Rika uşaqlar üçün koronavirusa qarşı peyvəndi icbari edən ilk ölkə olub

Kosta-Rika uşaqlar üçün koronavirusa qarşı peyvəndi icbari edən ilk ölkə olub
# 06 noyabr 2021 18:03 (UTC +04:00)

Kosta-Rikanın Peyvəndlər və Epidemiologiya üzrə Milli Komissiyası (CNVE) yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin bütün yetkinlik yaşına çatmayanlar üçün məcburi olduğuna dair qərar verib.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, belə ki, Kosta-Rikada yaşı 18-dən aşağı olan şəxslər peyvənd olunacaqlar. Kosta-Rika uşaqlar üçün məcburi koronavirus peyvəndini tətbiq edən ilk ölkə oldu.

Kosta-Rikanın Sosial Müdafiə Fondunun noyabrın 2-də verdiyi məlumata görə, 12-19 yaş arası əhalinin 73%-i birinci mərhələ üzrə peyvənd olunub. Oktyabrın 25-dən etibarən 12 yaşdan yuxarı yeniyetmələrin peyvəndi ümumi qaydada açıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR