Pentaqon Çinin “nüvə üçlüyü”nə sahib olduğunu düşünür

Pentaqon Çinin “nüvə üçlüyü”nə sahib olduğunu düşünür
# 03 noyabr 2021 21:43 (UTC +04:00)

Çinin artıq “nüvə üçlüyü”nə malik olması ehtimal edilir.

APA-nın xəbərinə görə bu barədə Pentaqonun sonuncu hesabatında deyilir.

Üçlük dedikdə strateji aviasiya, qitələrarası ballistik raketlər və raketdaşıyan sualtı qayıqlar sistemi nəzərdə tutulur.

"Çin Xalq Respublikası nüvə başlığı daşıyan raketlər hazırlamaqla, dəniz və yerüstü nüvə potensialını yaxşılaşdırmaqla özünün yeni "nüvə üçlüyü"nü yaradıb", - deyə hesabat müəllifləri qeyd edirlər.

Pentaqonda həmçinin hesab edirlər ki, Pekin nüvə hazırlığını “xəbərdarlıq buraxılışı” səviyyəsinə yüksəldir. Ölkə həmçinin hərbi məqsədlə plutoniumun istehsalına ciddi diqqət yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR