Putin və Baydenin danışıqları iki saat davam edib - YENİLƏNİB - VİDEO

Co Bayden, Vladimir Putin

© APA | Co Bayden, Vladimir Putin

# 07 dekabr 2021 21:36 (UTC +04:00)

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında keçirilən görüş başa çatıb.

APA nın Moskva müxbirinin “Rossiya 24” kanalına istinadən verdiyi məlumata görə, videokonfrans formatında keçirilən Putin-Bayden danışıqları 2 saat davam edib.
Görüşdən yalnız liderlərin bir-birilərini salamlaması kadrları yayılıb.

****

19.39

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin “Rossiya24” kanalına istinadən verdiyi məlumata görə, Putin-Bayden danışıqları videokonfrans formatında keçirilir.

Danışıqlarda əsasən ikitərəfli münasibətlər, Ukrayna münaqişəsi, NATO-nun şərqə, Rusiya sərhədlərinə doğru irəliləməsi məsələləri müzakirə olunur.

Danışıqlarda V. Putin və C. Bayden təkbətək iştirak edirlər.

Rusiya və ABŞ liderləri bir-birlərini salamlayıb. ABŞ Prezidenti rusiyalı həmkarını görməyə şad olduğunu, “Böyük İyirmilik” ölkələri liderlərinin sammitində görüşlərinin baş tutmamasına görə təəssüfləndiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR