Rusiya XİN: 3 ildən artıq Moskvada olan ABŞ səfirliyinin əməkdaşları ölkəni tərk etməlidir

Rusiya XİN: 3 ildən artıq Moskvada olan ABŞ səfirliyinin əməkdaşları ölkəni tərk etməlidir
# 01 dekabr 2021 13:36 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) üç ildən artıq Moskvada olan ABŞ səfirliyinin əməkdaşlarına yanvarın 31-dək Rusiyanı tərk etməsi barədə xəbərdarlıq edib.

APA-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Mariya Zaxarova bildirib.

Rusiya XİN-in sözçüsü deyib ki, növbəti ilin iyulun 1-dək Vaşinqton üç illik qaydadan imtina etməsə ABŞ səfirliyinin əmkdaşlarının sayında yenidən azalma olacaq. Onların sayı ABŞ Dövlət Departamentinin elan etdiyi Rusiya səfirliyinin əməkdaşlarının sayına uyğunlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR