Üç ölkə İsrail və Fələstin arasında gərginliklə bağlı BMT TŞ-nın fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edib

Üç ölkə İsrail və Fələstin arasında gərginliklə bağlı BMT TŞ-nın fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edib
# 13 may 2021 09:24 (UTC +04:00)

Çin, Norveç və Tunis İsrail və Fələstin arasında gərginliyin artması ilə bağlı mayın 14-də BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.

APA-nın xəbərinə görə, bu barədə “Frans Press” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, gözlənilən açıq iclas İsrail və Fələstin tərəfinin iştirakı ilə keçiriləcək.

Agentlik xəbər verir ki, BMT TŞ artıq bu həftə bu məsələ ilə bağlı virtual formatda iki qapalı iclas keçirib.

Qeyd edək ki, son günlər İsraillə Fələstin arasında baş toqquşmalarda xeyli insan həlak olub və yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR