Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfədən çox artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfədən çox artıb
# 15 sentyabr 2026 15:05 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 238.39 milyon ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici illik müqayisədə 3,5% çoxdur.

Bu dövr üzrə ixracın həcmi 21 milyard 815.04 milyon dollar, idxalın həcmi isə 11 milyard 423.35 milyon dollara bərabər olub.

Hesabat dövründə xarici ticarətin müsbət saldosu isə 10 milyard 391.69 milyon dollar təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR