ABŞ tanınmamış “Abxaziya Respublikası”nın xarici işlər nazirinə viza verməyib

ABŞ tanınmamış “Abxaziya Respublikası”nın xarici işlər nazirinə viza verməyib
# 10 aprel 2007 14:37 (UTC +04:00)
ABŞ tanınmamış “Abxaziya Respublikası”nın xarici işlər naziri Sergey Şambaya viza verməyib. APA-nın xəbərinə görə, S. Şamba gürcü-abxaz münaqişəsinin nizamlanmasına dair yeni qətnamənin qəbul edilməsi ərəfəsində BMT Təhlükəsizlik Şurası üzvləri ilə danışıqlar aparmaq məqsədilə ABŞ-a getmək istəyirmiş. Vizanın verilməməsinə münasibət bildirən Rusiya XİN-in Mətbuat və İnformasiya Departamenti ABŞ-ın bu addımını anlamadığını bəyan edib. Rusiya hesab edir ki, Abxaziya münaqişənin rəsmən tanınan tərəfi kimi nizamlanma prosesinin beynəlxalq iştirakçılarına öz fikirlərini birbaşa çatdırmaq hüququna malikdir: “ABŞ abxaz tərəfini bu imkandan məhrum edərək münaqişədə tərəfləri qeyri-bərabər vəziyyətə salmaq və bununla da danışıqların gedişinə təsir göstərmək istəyir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR