Corc Buş İranı seçim etməyə çağırıb

Corc Buş İranı seçim etməyə çağırıb
# 06 dekabr 2007 08:02 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş İranı öz nüvə proqramının miqyası ilə bağlı vəziyyəti aydınlaşdırmağa çağırıb. APA-nın “The Washington Post” qəzetinə istinadən verdiyi xəbərə görə, V. Buş İranın təhlükə mənbəyi olduğuna hələ də inandığını bildirib: “İranlıların strateji seçim etmək imkanı var. Onlar nüvə proqramlarının miqyasını açıqlayıb uranın zənginləşdirilməsini dayandırmaq şərtilə ABŞ-ın danışıqlar barədə təklifini qəbul etsələr, dünya ictimaiyyəti qarşısında özlərini təmizə çıxara bilər. Əks halda, İran izolyasiya yolu ilə gedəcək. Seçim İran rejiminindir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR