Corc Buş Polşa və Çexiyada raketdən müdafiə rayonu yaradılmasına 719,8 milyon dollar ayrılmasını istəyir

Corc Buş Polşa və Çexiyada raketdən müdafiə rayonu yaradılmasına 719,8 milyon dollar ayrılmasını istəyir
# 05 fevral 2008 08:47 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, büdcə layihəsində raket hücumundan müdafiə xərclərinə ümumilikdə 10,4 milyard dollar ayrılması nəzərdə tutulur.
Xatırladaq ki, C. Buş bu il Şərqi Avropada raket hücumundan müdafiə sistemlərinin qurulmasına 310 milyon dollar ayrılmasını istəsə də, Konqres bu məbləği 27% ixtisar edərək 225 milyon dollara salıb, eyni zamanda Polşa və Çexiya ilə hökumətlərarası saziş imzalanana qədər həmin dövlətlərin ərazisində hər hansı qurğunun tikintisini qadağan edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR