ABŞ dövlət katibi Fransaya səfər edəcək

Entoni Blinken, Jan-İv Lö Drian

© APA | Entoni Blinken, Jan-İv Lö Drian

# 01 oktyabr 2021 16:51 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Fransaya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Nazirlər Şurasının iclasına sədrlik etmək və təşkilatın 60 illiyində iştirak üçün ABŞ dövlət katibi oktyabrın 4-6-da Parisdə səfərdə olacaq.

Səfər zamanı E. Blinkeni ABŞ Prezidentinin İqlim məsələləri üzrə Xüsusi Nümayəndəsi, ABŞ-ın Ticarət Təmsilçisi, İqtisadi Məələhətçilər Şurasının sədri, İqtisadi Böyümə, Enerji və Ətraf Mühit Məsələləri üzrə katibin müavini müşayiət edəcək.

Qeyd edilib ki, ABŞ dövlət katibi fransalı rəsmilərlə Hind-Sakit Okeanı regionunda təhlükəsizlik, iqlim böhranı, COVID-19 pandemiyasından sonra iqtisadi bərpa, Transatlantik əməkdaşlıq və qlobal problemlərin həlli və imkanlar sahəsində müttəfiqlərlə əməkdaşlıq məsələlərini müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR