Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var

Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var
# 25 sentyabr 2021 06:16 (UTC +04:00)

Argentinanın Buenos-Ayres əyalətində kiçikhəcmli təyyarə qəzaya uğrayıb. Nəticədə 2 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli “Todo Noticias” telekanalı məlumat yayıb.

Təyyarədə başqa sərnişin olmayıb.

İlkin məlumata görə, təyyarə aeroklub ərazisindən havaya qalxdıqdan sonra Berasateqi dairəsindəki magistral yolun yaxınlığında yerə çırpılıb.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR