Braziliyada baş vermiş avtoqəza nəticəsində 6 nəfər ölüb

Braziliyada baş vermiş avtoqəza nəticəsində 6 nəfər ölüb
# 14 sentyabr 2021 21:22 (UTC +04:00)

Braziliyanın Rio-de-Janeyro və San-Paulo şəhərləri arasındakı avtomobil yolunda baş vermiş avtoqəzada azı 6 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Globo” telekanalı yol polisinə istinadən məlumat yayıb.

Məlumata görə, dörd minik avtomobili, bir yük maşını və turist avtobusunun iştirakı ilə baş vermiş yol qəzası səhər saat 09:40 (Bakı vaxtı ilə 16:40) radələrində qeydə alınıb. Ölənlərin hamısı yük maşını ilə avtobus arasında sıxılmış minik avtomobilində olub. Toqquşmadan sonra avtobus yanıb.

Avtobusdakı yaralı sərnişinlər xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR