Braziliyada son bir gündə 21,8 min nəfərdə COVID-19 aşkarlanıb

Braziliyada son bir gündə 21,8 min nəfərdə COVID-19 aşkarlanıb
# 05 sentyabr 2021 06:33 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 21 804 nəfərin koronavirus infeksiyasına yoluxması, 692 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 877 864 nəfər yoluxub. Bu müddət ərzində 583 362 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 19 838 912 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR