Bu gün Peruda prezident seçkilərinin ikinci turu keçirilir

Bu gün Peruda prezident seçkilərinin ikinci turu keçirilir
# 06 iyun 2021 08:27 (UTC +04:00)

Bu gün Peruda prezident seçkilərinin ikinci turu keçiriləcək.

APA vesti.ru-ya istinadən xəbər verir ki, ölkənin əsas postu uğrunda əsasən iki namizəd mübarizə aparacaq: "Xalq gücü" sağ partiyasından Keyko Fuximori (keçmiş prezidentin qızı) və sol radikal "Azad Peru" partiyasının nümayəndəsi Pedro Kastilyocək.

İlkin nəticələr bazar günü axşam açıqlanacaq. Seçkilərin ikinci turunun gedişatını 15 xarici nümayəndə heyəti izləyəcək.

Eksitpolun nəticələrinə görə, paytaxt Limada seçicilərin üçdə ikisindən çoxu Keyko Fuximoriyə, üçdə biri isə solçu namizədə səs vermək niyyətindədir. Bölgələrdə isə vəziyyət tam əksinədir.

Qeyd edək ki, seçkilərin ilk turu 11 aprel tarixində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR