Kanadanın qərbində meşə yanğınların sayı 180-ə çatıb

Kanadanın qərbində meşə yanğınların sayı 180-ə çatıb
# 05 iyul 2021 08:06 (UTC +04:00)

Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətində anomal istilərdən qaynaqlanan meşə yanğınlarının sayı son 24 saat ərzində 136-dan 180-ə çatıb.

APA xəbər verir ki, bu barədə “CTV” telekanalı yerli yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, yanğının söndürülməsinə 3 mindən çox insan, aviasiya və xüsusi texnika cəlb olunub. Bundan başqa, Kanada Silahlı Qüvvələrinin 350 nəfərlik əsgər və zabiti yanğının söndürülmsəində iştirak etmək üçün bölgəyə gələcək. Yanğının sahəsi hazırda 79 min hektarı keçir. 1,3 mindən çox evin sakinlərinə təxliyə olunmaq barədə göstəriş verilib, yaxın zamanda daha 1000-dən çox insan da belə göstəriş ala bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR