KİV: ABŞ Dövlət Departamenti Kabil hava limanına yalnız amerikalıların buraxılacağı ilə bağlı məlumatı təkzib edib

KİV: ABŞ Dövlət Departamenti Kabil hava limanına yalnız amerikalıların buraxılacağı ilə bağlı məlumatı təkzib edib
# 23 avqust 2021 21:22 (UTC +04:00)

ABŞ Kabil hava limanına yalnız Amerika vətəndaşlarının buraxılacağı ilə bağlı KİV-də yayılan məlumatları təkzib edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.

Bundan bir qədər əvvəl “CNN” özəl mənbəyə istinadən ABŞ-nin Kabil beynəlxalq hava limanına insan qəbulu siyasətini dəyişdirdiyini bildirmişdi. Məlumata görə, hazırda hava limanı ərazisinə yalnız ABŞ və NATO ölkələri vətəndaşları öz ailə üzvləri ilə və ya “Green cart” sahibləri buraxılır.

“Reuters” Dövlət Departamentinin sözçüsündən sitat gətirməyib. O, həmçinin əlavə edib ki, əfqanıstanlıların təxliyəsi üçün Almaniyadakı Ramştayn bazasından Kabilə yeni təyyarə bazar ertəsi günü çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR