Meksikada dizel yanacağını nəql edən boru kəmərində şiddətli yanğın başlayıb

Meksikada dizel yanacağını nəql edən boru kəmərində şiddətli yanğın başlayıb
# 05 oktyabr 2021 23:38 (UTC +04:00)

Meksikanın Nuevo-Leon ştatında dizel yanacağını nəql edən boru kəmərinin Apodaka rayonundan keçən hissəsində şiddətli yanğın başlayıb.

APA xəbər verir ki, bu barədə ölkənin regional fövqəladə hallar idarəsi “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, hələlik bir nəfərin yanıq xəsarətləri aldığı məlumdur: “Hələlik bədən səthinin 80%-nin 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri alan bir nəfərin olduğu müəyyənləşib. Yaralı xəstəxanaya çatdırılıb. Yanğınsöndürənlər və xilasedicilər hadisə yerində işləyir”.

Yanğının qarşısını almaq hələ də mümkün olmayıb.

Hadisənin başvermə səbəbi barədə məlumat açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR