Pentaqon ABŞ qoşunlarının Suriyada üç bazadan çıxarılması ilə bağlı xəbərləri təkzib edib

Pentaqon ABŞ qoşunlarının Suriyada üç bazadan çıxarılması ilə bağlı xəbərləri təkzib edib
# 03 sentyabr 2021 04:57 (UTC +04:00)

ABŞ ordusunun son günlərdə Suriyadakı bir sıra hərbi bazaları tərk etməsi barədə KİV-də gedən məlumatlar həqiqəti əks etdirmir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

“Bu məlumatlar doğru deyil”, - deyə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi İran KİV-lərində dərc olunmuş müvafiq məlumatları şərh edərkən bildirib.

Məlumat qeyd olunurdu ki, ABŞ hərbi qüvvələri bu həftə Əfqanıstandakı hərbi kampaniyası başa çatdıqdan qısa müddət sonra Suriyadakı üç bazadan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR