Pentaqon rəsmisi: "Taliban" minlərlə dustağı sərbəst buraxıb"

Pentaqon rəsmisi: "Taliban" minlərlə dustağı sərbəst buraxıb"
# 28 avqust 2021 03:40 (UTC +04:00)

“Taliban” Əfqanıstanda ABŞ qoşunlarının ayrılmazdan əvvəl yerli hakimiyyət orqanlarına təhvil verdiyi minlərlə məhbusu azad edib.

APA xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

“Dəqiq rəqəmləri bilmirəm, ancaq “Taliban” tərəfindən ələ keçirilmiş və dağıdılmış iki həbsxananı nəzərə alsaq, bu rəqəmin minlərlə olduğu aydın olar”, - deyə Kirbi hazırda azadlıqda olan terrorçu qrup fəallarının sayı ilə bağlı sualı cavablandırarkən qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR