«Azersun Holding» Türkmənistanda keçirilən beynəlxalq sərgidə ali mükafata layiq görülüb

«Azersun Holding» Türkmənistanda keçirilən beynəlxalq sərgidə ali mükafata layiq görülüb
# 14 avqust 2008 09:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azersun Holding» Şirkətlər Qrupu Aşqabadda (Türkmənistan) keçirilən «Türkmənaqro-2008» beynəlxalq sərgisində «İstehsal etdiyi məhsulların yüksək keyfiyyətinə görə» ali mükafata layiq görülüb.
«Azersun Holding»dən «APA-Economics»ə verilən məlumata görə, sərgidə şirkətin istehsalı olan «Bizim Tarla» mürəbbə çeşidləri, turşu, tomat, badımcan kürüsü kimi konserv məhsulları, «Final» günəbaxan və zeytun, «Vega» qarğıdalı yağları da xüsusi diqqət qazanıb, «Azərçay», «Pasha», «Pürrəngi» çayları isə sərgi iştirakçıları tərəfindən böyük rəğbətlə qəbul olunub.
Həmçinin, sərgidə «Azersun Holding» Şirkətlər Qrupunun fəaliyyətini əks etdirən təqdimat xarakterli film də nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR