Nazir: “Azərbaycanda bu il ərzində 65 min ton yüksək reproduksiyalı taxıl toxumunun istehsalı gözlənilir”

Nazir: “Azərbaycanda bu il ərzində 65 min ton yüksək reproduksiyalı taxıl toxumunun istehsalı gözlənilir”
# 22 avqust 2008 15:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda bu il ərzində 65 min ton yüksək reproduksiyalı taxıl toxumunun istehsalı gözlənilir ki, bu da ölkənin toxuma olan tələbatının 50%-i deməkdir.
«APA-Economs»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib. İ.Abbasovun sözlərinə görə, bu il ərzində Azərbaycana təxminən 7-10 min ton yüksək reproduksiyalı taxıl toxumun idxalı nəzərdə tutulub. Toxumun 1000 tonu Rusiyanın Krasnadar vilayətindən gətirilərək Azərbaycanın rayonlaşdırılan toxumlarına uyğun olacaq.
Nazir bildirib ki, növbəti il üçün 620 min hektar əkin sahəsinin olacağı nəzərdə tutulub və bu sahəyə də normaya uyğun olaraq? 136 min ton taxıl toxumunun istifadə olunması gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR