Xəzəryanı regionun enerji sektoru üzrə beynəlxalq konfrans keçirilir

Xəzəryanı regionun enerji sektoru üzrə beynəlxalq konfrans keçirilir
# 09 sentyabr 2008 03:31 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Kimyaçıların, Energetiklərin, Mədənçilərin və digər sahələrin işçilərinin Beynəlxalq Həmkarlar İttifaqları Federasiyasının (İSEM) Həmkarlar İttifaqı şəbəkəsinin Xəzəryanı regionun enerji sektoru üzrə beynəlxalq konfransı başlayıb. Bu barədə APA-ya Azərbaycan Həmkarlar İttifaqı Komitəsinin (AHİK) təşkilat işləri və məlumat şöbəsindən məlumat verilib.

İSEM-in baş katibi Manfred Vardanın iştirak etdiyi konfransda İSEM-in Fridrix Ebert Fondunun, Rusiya Neft, Qaz Sənayesi və Tikintisi sahələri işçilərinin həmkarlar ittifaqının və Türkiyə “Petrol-İş”-in rəhbər işçiləri də təmsil olunub.

Sabah yekunlaşacaq konfransda “Xəzəryanı regionda fəaliyyət göstərən xarici kompaniyalarda işləyən fəhlələrin sosial standartları barədə” bəyanat layihəsinin müzakirəsi və qəbulu gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR