Azərbaycan çay ixracını azaldıb, idxalı isə artıb

Azərbaycan çay ixracını azaldıb, idxalı isə artıb
# 14 sentyabr 2020 17:46 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan ümumi dəyəri 6 215,74 min ABŞ dolları dəyərində 902,24 ton çay ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin səkkiz ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 0,2% artıb, həcmi isə 6,6% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,54%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 37 597,97 min dollar dəyərində 9 250,11 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 9,8%, həcmi isə 6%-dək artıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,56% təşkil edib.

Göründüyü kimi, cari ilin səkkiz ayında Azərbaycanda çay idxalı ixracı 10 dəfədən çox üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR