Azərbaycana bu il 23 mln. dollarlıq tütün məmulatları idxal olunub

#
# 11:11
19 aprel 2021

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən artıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə 22 828,34 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 910,98 min dollar və ya 20,6% çoxdur.

Qeyd edək ki, bu ilin ilk üç ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,9%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR