Gələn ildən Azərbaycanda aqroturizm portalı fəaliyyətə başlayacaq

Gələn ildən Azərbaycanda aqroturizm portalı fəaliyyətə başlayacaq
# 18 dekabr 2019 15:12 (UTC +04:00)

"Azərbaycanda aqroturizm sahəsində fəaliyyət göstərəcək tovillage.az portalı gələn ilin birinci rübündə istifadəyə veriləcək".

Bunu "APA-Economics"ə "Dövlət Aqrar Ticarət Şirkəti"nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, portal mütəmadi olaraq yenilənəcək və ora yeni funksiyalar əlavə olunacaq.

"Portal vasitəsilə Azərbaycana gəlmək istəyən və yaxud Azərbaycanda yaşayan və kənd təsərrüfatı turizmindən istifadə etmək istəyən hər bir vətəndaş xidmət əldə edə biləcək", - deyə L. Məmmədova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR