Azərbaycan beynəlxalq rəqəmsal kənd təsərrüfatı konfransı təşkil edəcək

Azərbaycan beynəlxalq rəqəmsal kənd təsərrüfatı konfransı təşkil edəcək
# 22 may 2021 11:40 (UTC +04:00)

Azərbaycan bu ilin noyabrında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərəfdaşlığı ilə Beynəlxalq Rəqəmsal Kənd Təsərrüfatı Konfransı təşkil etməyi planlaşdırır.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə II Beynəlxalq Çay Günü ilə əlaqədar onlayn konfransında deyib.

İ.Kərimov Azərbaycanda çayçılığın inkişafı və bu sahədə həyata keçirilən dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bu sektorun məşğulluğun təmin edilməsi, ixrac potensialının və fermerlərin gəlirlərinin artırılmasında vacib rol oynadığını qeyd edib.

Məlumata görə, çay istehsalı ilə məşğul olan aparıcı ölkələrin FAO-nun Çayçılıq üzrə Hökumətlərarası Qrupu daxilində əməkdaşlığının genişləndirməsinin vacib olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR