Azərbaycan BMT-nin Ərzaq Sistemləri üzrə Sammitində iştirak edəcək

Azərbaycan BMT-nin Ərzaq Sistemləri üzrə Sammitində iştirak edəcək
# 26 may 2021 17:08 (UTC +04:00)

2030-cu ilədək BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təşkilatın baş katibi Antoniu Quterreş onillik tədbirlər çərçivəsində bu ilin sentyabr ayında BMT-nin Ərzaq Sistemləri üzrə Sammitin açılış tədbirində iştirak edəcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) “APA-Economics”ə verilən məlumata görə, sözügedən sammit dünya ölkələrinin ərzaq sistemlərini daha güclü və bərabər səviyyəyə gətirərək həll yollarını müəyyənləşdirmək ərzaq sistemlərində müsbət dəyişikliklərin əldə edilməsini hədəfləyir.

BMT-nin Ərzaq Sistemləri üzrə Sammitindən əvvəl və sonra müxtəlif maraqlı tərəfləri bir araya gətirilməsi məqsədilə Milli Dialoqların keçirilməsi planlaşdırılır.

İlk milli dialoq görüşü Azərbaycanda baş tutub. Görüşdə müxtəlif maraqlı tərəflər bir araya gələrək ölkənin ərzaq sistemləri, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişaf perspektivləri üzrə məsələlər müzakirə edilib.

Milli dialoqun digər vacib bir istiqaməti ərzaq sistemlərinə fərqli yanaşmaları tətbiq etmək, dialoqlarda müxtəlif sahələrdən tərəflərin iştirakı təmin etmək, günün çağırışlarına uyğun inkişaf perspektivlərini müəyyən edən strategiyalar formalaşdırmaq və çox tərəfli həmçinin dayanıqlı ərzaq sistemləri üzrə bəzi konkret mərhələləri müəyyənləşdirmək idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR