Azərbaycan ənənəvi kənd təsərrüfatı yarmarkalarını bərpa edir

Azərbaycan ənənəvi kənd təsərrüfatı yarmarkalarını bərpa edir
# 10 iyun 2021 11:37 (UTC +04:00)

Azərbaycanda ənənəvi kənd təsərrüfatı yarmarkaları yenidən bərpa olunacaq.

Bunu "APA-Economics"ə Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazirin sözlərinə görə, əsas məhdudlaşdırıcı amil pandemiya şəraitində tətbiq edilən məhdudiyyətlərdir. Məhdudiyyətlər daha az tətbiq edildiyi təqdirdə yarmarkalar təşkil olunacaq.

"Əlbəttə, təhlükəsizlik tədbirlərinə riayət etmək şərti ilə yarmarkalar, təkcə bal yarmarkası yox, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ənənəvi kənd təsərrüfatı yarmarkaları təşkil ediləcək", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR