Azərbaycana ət və süd idxalı azalıb

Azərbaycana ət və süd idxalı azalıb
# 21 avqust 2021 11:56 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 37 920,61 min dollar dəyərində 22 141,85 ton ət idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 26%, həcm göstəricisi üzrə isə 22,8% azdır.

Cari ilin ilk yeddi ayında ölkəyə 7 134,45 min dollar dəyərində (azalma 33,2%) 4 851,34 ton (azalma 22,1%) süd idxal olunub.

Hesabat dövründə ölkəyə həmçinin 44 915,87 min dollar dəyərində 9 051,17 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da ötən ilin göstəricisindən müvafiq olaraq 11,8% və 12,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR